Yoxa çıxan təyyarə Aralıq dənizinə düşüb

Yoxa çıxan təyyarə Aralıq dənizinə düşüb

Misirin Mülki Aviasiya Nazirliyi "Egypt Air" şirkətinə məxsus "A320" sərnişin təyyarəsinin qəzaya uğraması faktını təsdiq edib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Parisdən Misir paytaxtı Qahirəyə uçan "Airbus A320-232" təyyarəsi Aralıq dənizinə düşüb.

Qeyd olunub ki, təyyarə Yunanıstanın Karpatos adasının yaxınlığına düşüb.

Qeyd edək ki, təyyarənin göyərtəsində Misirin 30, Fransanın 15, İraqın 2, Böyük Britaniya, Belçika, Küveyt, Səudiyyə Ərəbistanı, Sudan, Çad, Portuqaliya, Əlcəzair və Kanadanın hər birinin bir vətəndaşı olub.

Xəbər 337 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR