Çili Katolik Universitetinin professoru Tomas Eqan əsasını təmiz suda və dəniz ekosistemlərində rast gəlinən mikroyosunların təşkil etdiyi yeni süni dəri hazırlayıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, digər süni dəri variantlarından fərqli olaraq yaşıl süni dəri fotosintez vasitəsilə oksigen, eləcə də genetik baxımdan modifikasiya edildikdə (məsələn, sətəlcəmə qarşı və regenerasiya) təsirli antibiotik və molekullar hasil edə bilir.
T.Eqan qeyd edib ki, süni dərinin bədənə necə uyğunlaşacağı və nə qədər ömür sürəcəyi naməlumdur. Professorun kəşf etdiyi mikroyosunlar dəridə 10 günədək yaşayır. Bu müddət ərzində "transplantat" dəriyə yerləşdirilir və rəngini itirir. Onun fikrincə, belə dəri vasitəsilə yanıqlardan tutmuş, açıq yaralaradək müxtəlif travmaları müalicə etmək mümkündür. Bu dəri orqanizmə infeksiya düşməsinə imkan vermir.
Belçikalı plastik cərrah Haydi Debels yosunlu dərini "yaradıcı həll" adlandırıb. Bildirib ki, adətən yaraya sarılan süni dəri zədələnmiş toxumalara oksigen və qidalı maddələri almağa mane olur, lakin professor T.Eqanın kəşfində bu çatışmazlıqlar aradan qaldırılıb.
Artıq yosunlu dəri heyvanlar üzərində sınaqdan keçirilib və 2017-ci ildə insanların iştirakı ilə sınaqların baş tutacağı gözlənilir.
Xəbər 646 dəfə oxunub.