Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı növbəti təlim - FOTO

Yoluxucu xəstəliklərlə mübarizə ilə bağlı növbəti təlim - FOTO

"Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icrasına başladığı  "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsi çərçivəsində növbəti təlimini 02 noyabr 2016-cı il tarixdə Əmək və Sosial Münasibətlər Akademiyasında keçirdi.

Təlimdə Akademiyanın tələbələri iştirak etdi.  Təlimin məqsədi ağır yoluxucu xəstəliklərin (Hepatit B və Hepatit C, vərəm, İİV/QİÇS)  yayılmasının qarşısının alınmasına  müəyyən dərəcədə köməkliyin göstərilməsi idi.

Təlimi giriş sözü ilə açan Akademiyanın tədris və tərbiyə işləri üzrə  prorektoru Sirac Məmmədov təlim iştirakçılarına təlimçiləri təqdim edərək çıxış etmək üçün sözü layihəniin icraçılarından olan Fikrət Xəlilova verdi. Doktor Fikrət Xəlilov ilk əvvəl tələbələrə layihənin məqsədi və donoru haqqında məlumat verərək dövrümüz bəlasına çevrilmiş olan yoluxucu xəstəliklər- Hepatit B  və Hepatit C, İİV/ QİÇS və vərəm haqqında çıxış etdi. F. Xəlilov təlim iştirakçılarına sözü gedən xəstəliklərin əlamətləri və həmin xəstəliklərə yoluxma yolları haqqında danışdı.

Daha sonra təlimdə çıxış edən layihənin əsas icraçılarından biri həkim-infeksionist Solmaz Mirzəyeva sadalanan xəstəliklərdən qorunma üsulları və onların müaliciəsi haqqında tələbələrə geniş məlumat verdi və onların suallarını cavablandırdı.

Sonda Akademiyanın tədris və tərbiyə işləri üzrə  prorektoru Sirac Məmmədov təlimə yekun sözünü vurdu və bu cür təlimləri təşkil etdiyi üçün "Yoluxucu Xəstəliklərlə Mübarizə” İctimai Birliyinə və "Dövrümüzün bəlasına çevrilmiş ağır yoluxucu xəstəliklərlə mübarizə” layihəsinə maliyyə dəstəyi göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına öz təşəkkürünü bildirdi.
 

Xəbər 177 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR