Yolu keçmək istəyən polisi maşın vurdu - Şöbənin qabağında

Yolu keçmək istəyən polisi maşın vurdu - Şöbənin qabağında

Saatlı rayonunda yol-nəqliyyat qəzası baş verib.

Aktual.az  "Report”a istinadən xəbər verir ki, hadisə Rayon Polis Şöbəsinin qarşısında qeydə alınıb.

Belə ki, polis nəfəri olduğu deyilən Çingiz Yaqubov şöbənin qarşısından keçid zolağını keçmək istəyərkən "VAZ-2107” markalı avtomobil onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanada ilk tibbi yardım aldıqdan sonra o, paytaxt Bakıya göndərilib.

Faktla bağlı araşdırma aparılır.
 
Aktual.az
Xəbər 420 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR