Yollardakı sıxlığın qarşısını almaq üçün daha bir yenilik

Yollardakı sıxlığın qarşısını almaq üçün daha bir yenilik

Bakı yollarındakı avtomobillərin sıxlığı ilə bağlı aylıq statistika açıqlanacaq.

Aktual.az trend-ə istinadən xəbər verir ki, bunu Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

Ş.Mehmanqızı bildirib ki, hazırda statistika hazırlanır və yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq: “Statistikanı açıqlamaqda məqsəd insanları hansı yollarda daha çox sıxlığın olması barədə məlumatlandırmaqdır. İstəyirik ki, əhali ay və ya gün ərzində, günün istənilən zamanında yollarda nə qədər avtomobilin keçdiyini bilsin. Düşünürük ki, ictimaiyyət hansı yolda avtomobil yükünün daha çox olduğunu biləcəyi təqdirdə, alternativ yollardan da istifadə edə bilər. Nəticədə, sıxlıq olan yolların avtomobil yükü az da olsa, azalmış olar”.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin rəsmisi bildirib ki, paytaxt yollarındakı tıxacların aradan qaldırılması üçün qurum müxtəlif tədbirlər həyata keçirsə də, sıxlığı tam aradan qaldırmaq mümkün deyil: “Sıxlıqdan şikayət edənlər bilməlidirlər ki, ildən-ilə paytaxtda avtomobillərin sayı artır. Bu səbəbdən tıxacların qarşısını qısa zamanda almaq çətindir”

Xəbər 742 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR