Yol üstündə gül salonunun işçisini öldürən şəxsin şikayəti təmin olunmayıb - (EKSKLÜZİV FOTOLAR)

Yol üstündə gül salonunun işçisini öldürən şəxsin şikayəti təmin olunmayıb - (EKSKLÜZİV FOTOLAR)

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər sakini Zaur Manafovun CM-nin 120.2.2-ci (xuliaqnlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə məhkəmə prosesi başa çatıb.

Aktual.az xəbər verir ki, 2015-ci il avqustun 1-nə keçən gecə Binəqədi RPİ-nə 2-ci mədən adlanan əraizdə bıçaqlanma hadisəsi baş verməsi və nəticədə orda yaşayan Sərxan Mahmudovun aldığı xəsarətdən ölməsi barədə məlumat daxil olub. Hadisə yerinə 4-cü polis bölməsinin və rayon prokurorluğunun əməkdaşları cəlb olunub. 

Təyin olunan tibb ekspertizanın nəticəsinə görə, Sərxan Mahmudovun ölümünə - ürəyin və ağ ciyərin zədələnməsindən inkişaf edən  kəskin qanitirmə səbəb olub. Onun qanında etil spirti və narkotik maddələr aşkar edilməyib.

Istintaqla müəyyən edilib ki, gecə saat 1- radələrində Zaur Manafov idarə etdiyi "Ford” markalı avtomaşınla Binəqədi qəsəbəsində yaşadığı evə gələrkən, orda fəaliyyət göstərən "Orxideya” gül salonunun qarşısındakı yolda nəqliyyat vasitəsini saxlayıb. Belə ki, həmin salonu işlədən Sərxan Mahmudov "Qazel” avtomaşınını dar yolda saxladığından, o keçə bilməyəcəyini başa düşüb. Bunu görən atası Məmməd Manafovla gül salonunda işləyən Elçin Qədimov arasında sözlə mübahisə yaranıb. Zaur maşından düşüb, sonuncuya yaxınlaşıb və sərxoş vəziyyətdə olan Qədimovu itələyərək, "ona ayılandan sonra, söhbət edəcəklərini” deyib. Onların yanlarına gələn Sərxan Mahmudov başı ilə Manafovun sifət nahiyyəsindən zərbə endirib. İdarə etdiyi maşının yanına gələn Zaur bıçağı  götürüb, geri qayıdıb və salonun giriş qapısının şüşə layını qırmaqla, zərərçəkənə 50 manat məbləğində ziyan vurub. Sərxan həmin ərazidəki meyvə-tərəvəz dükanının qarşısında olan oturacağı götürüb, onunla Manafova, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər yetirib. Nəticədə "Kənd binəqədi” yazısının qarşısında Zaur kəsici alətlə Sərxanın döş qəfəsinə bir zərbə vurmaqla, onu qəsdən öldürüb.

İş üzrə dindirilmiş Zaur Manafov özünü qismən təqsirli hesab edərək, Biləcəri qəsəbəsində fəaliyyət göstərən mebel sexində sürücü işlədiyini bildirib. Həmin gecə Sərxan Mahmudov "Qazel” markalı avtomaşınına əyləşib, onu irəliyə vermək istəyib, lakin bir anlıq yadına düşüb ki açar salondadır. Buna görə orda işləyən Elçin Qədimovdan açarları gətiməsini xahiş edib. Sonuncu isə bunun əvəzinə Zaura təkidlə yolda dayanan 2 avtomobilin arasından keçə biləcəyini bildirib. Lakin Manafov maşını zədələyəcindən ehtiyat edib və dar yoldan keçə bilməyəcini deyib. Onların söhbətinə müdaxilə edən atası Elçinə iradını bildirərkən, o Məmməd Manafovla yüksək tonla danışıb. Zaur Manafov qeyd edib ki, Sərxan əvvəl onu itələdikdə, o müvazinətini saxlaya bilməyib, yolun kənarına yıxılıb. Qarşılıqlı söyüşlərdən sonra, Elçin yaxınlaşıb, ona sillə vurub. Atası ilə bir nəfər onları ayırsalar da, Sərxan ünvanına nalayiq ifadələr işlədib. Əsəbiləşən Zaur idarə etdiyi "Ford” avtomaşınından uzunluğu 40 sm. olan bıçağı görürərək, gül salonunun yanına qayıdıb. Qapının şüşəsini ayaq zərbəsi ilə qirib, uzaqlaşmaq istərkən Mahmudov stulla əvvəl onun qolundan, ardınca avtomobilin sağ qabaq qapısından zərbələr endirib. Zaur Sərxanı salondan təxminən 6-7 metr aralıda bıçaqlayıb və qaçmağa başlayıb. Elçin Qədimov ona bel nahiyyəsindən xəsarət yetirib. 
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə yerində kənar  şəxslər olsa da, heç kim mübahisəyə müdaxilə etməyib, yalnız atası və qonşusu Seyidqulu Mənsimov onları aralayıblar. Evdə ailə üzvləri 102 və 103 xidmətlərinə zəng ediblər. Təcili yardımın gəlməsini gözləməyən Manafov dostunun avtomobili ilə xəstəxanaya gedib. Hadisə vaxtı şokda olduğundan bıçağı hara atdığını unudub. Sərxanla Elçinin maşını yolun kənarında düz saxlamamalarına görə bir neçə dəfə mübahisələri olub, lakin onlar bunu mehriban şəkildə həll ediblər.

Elçin Qədimov Zaur Manafovu bıçaqla vurduğunu etiraf edib. Sonra taksi maşınlarından birini saxlayaraq, yaralanan dostunu Tural adlı tanışı ilə birlikdə xəstəxanaya aparıb. Xəstəxanada  yarımsaat dayandıqdan sonra yaşadığı evə qayıdıb və səhər saat 8-də 4-cü polis bölməsinə təslim olub.

Məhkəmə prosesində Zaur Manafov törətdiyi əməldən peşman olmasını bildirməklə, Elçin Qədimovdan şikayəti olmadığını qeyd edib. Zərərçəkən Səfər Mahmudov ifadəsində, Zaurla oğlu Sərxan arasında düşmənçilik və ya ədavət olmadığını göstərib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Manafov 17 il müddətinə azadlıqdan məhrum olunub, Elçin Qədimova 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə 4 ay cəza təyin edilib. O, həmin müddəti istintaq dövründə çəkdiyi üçün cəzası bitmiş hesab olunub.

Hökmdən Z.Manafov apellyasiya şikayəti verib. 

Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq şikayəti təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü 
qüvvəsində saxlayıb. 














Xəbər 708 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR