Yol tikintisi zamanı FACİƏ: İşçi yük maşınının altında qalaraq öldü

Yol tikintisi zamanı FACİƏ: İşçi yük maşınının altında qalaraq öldü

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin işçisi Ağdamda faciəli şəkildə ölüb.
 
APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə Ağdamın Yüzbaşılı kəndində baş verib.
Yol tikintisində işləyən Goranboy rayonunun Zeyvə kənd sakini, 1969-cu il təvəllüdlü Məmmədov Dadaş Cahiyyəddin oğlu "Shacman” markalı yük maşınının altında qalıb.
Hadisənin sürücünün ehtiyatsızlığından baş verdiyi bildirilir.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
 
Aktual.az
Xəbər 464 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR