Yol polisindən sürücülərə məktəb MÜRACİƏTİ

Yol polisindən sürücülərə məktəb   MÜRACİƏTİ

Baş Dövlət Yol Polisi İdarəsi yeni dərs ilinin başlaması və şəhərdə gözlənilən nəqliyyat sıxlığı ilə bağlı sürücülərə müraciət edib.

Aktual.az xəbər verir ki, İdarənin şöbə rəisi Kamran Əliyev lent.az-a bildirib ki, sentyabrın 15-də Bakıda nəqliyyat sıxlığının yaranacağı gözlənilir: "Bunun qarşısını almaq üçün əvvəlcədən şəhərə gəlmək istəyən rayon qeydiyyatlı nəqliyyat vasitələri ilə bağlı tədbirlər görüldü və artıq şəhərin hər iki girişində bu avtomobillər üçün pulsuz duracaqlar yaradılıb. Vətəndaşlar həmin duracaqlarda avtomobillərini saxlayaraq ictimai nəqliyyat vasitəsi ilə mərkəzə gələ bilərlər. Eləcə də şəhər sakinlərindən xahişimiz odur ki, fərdi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etsinlər, dayanma-durma işarəsinin təsir dairəsində avtomobil saxlamasınlar. Həm də yolun ikinci cərgəsində maşını saxlayaraq digər nəqliyyat vasitələrinin hərəkətini iflic etməsinlər".

K.Əliyev əlavə edib ki, valideynlər sürücülük mədəniyyətləri ilə övladlarına müsbət nümunə olmağa çalışmalıdır və onların gələcəkdə yol mədəniyyətinə sahiblənməsinə yardımçı olmalıdırlar: "Həm də kiçik yaşlı məktəblilər diqqətdə saxlanmalıdır, onların yolun hərəkət hissəsinə çıxması, nəzarətsiz qalmaları ağır fəsadlara yol aça bilər".

Xəbər 715 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR