Yol polisi dekabrın 1-dən etibarən Bakıda genişmiqyaslı reydlərə başlayacaq.
Aktual.az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsindən bildiriblər.
İdarədən verilən məlumata görə, əsas hədəf ilk növbədə sərnişindaşıma sektoru olacaq. Yol polisi qayda-qanunları pozan avtobus və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə qarşı sərt mübarizə tədbirləri həyata keçirəcək. Ona görə də bu sahədə fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə indidən işlərini qaydaya salmaq və qanunun tələblərinə ciddi şəkildə əməl etmək tövsiyə olunur.
Bundan başqa, yol polisləri toy mövsümünün başlanması ilə əlaqədar sərxoş, həmçinin "toy karvanları"na qoşularaq qaydaları pozan avtomobil sürücülərinə də qarşı mübarizəni gücləndirəcəklər.