Gəncədə piyadavurma hadisəsi baş verib.
Aktual.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, naməlum avtomobil Şah İsmayıl Xətai prospektində, yol kənarında dayanan Xəqani küçəsi ev 17-də yaşayan 27 yaşlı İman Əliyevi vurub.
Dərhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılan yaralıya başın yumşaq toxumasının əzniyi, qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.