"Kristal Pelas" klubunun futbolçusu Co Ledlinin toyu təxirə salınıb.
Aktual.az apasport.az-a istinadən xəbər verir ki, buna Uels millisinin AÇ-2016-da uğurlu çıxışı səbəb olub.
Belə ki, Britaniya təmsilçisi sürpriz çıxışı ilə hamını təəccübləndirib. Yarımfinala adlayan Uels bu mərhələdə Portuqaliya yığması ilə üz-üzə gələcək.
Komandasının finala çıxmaq ehtimalını nəzərə alan Ledli məcburiyyət qarşısında qalaraq, iyulun 9-na planlaşdırdığı toyu təxirə salıb.
Qeyd edək ki, Uels millisinin Portuqaliya ilə qarşılaşması iyulun 6-da baş tutacaq. AÇ-nin final görüşü isə ayın 10-da keçiriləcək.