Bakıda mənzildən oğurluq olub.
Aktual.az Report-a istinadən bildirir ki, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.
Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı, Şuşa şəhər sakini, 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.