Xəbər verdiyimiz kimi, bu gün Yevlax şəhərində Qarabağın erməni icması ilə Azərbaycan nümayəndə heyətinin görüşü baş tutub.
Aktual.az xəbər verir ki, görüşdə yalnız və yalnız Qarabağın erməni icmasının Azərbaycana reinteqrasiya məsələsi müzakirə edilib.
Xatırladaq ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edib.
Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edib.
Xəbər 358 dəfə oxunub.