Yevlaxda 2 uşaq atası özünü yandırdı

Yevlaxda 2 uşaq atası özünü yandırdı

Yevlax rayonunda intihar hadisəsi baş verib.

Aktual.az Lent.az-a istinadən xəbər verir ki, Yevlax şəhəri, Hüseynzadə küçəsi 49 ünvanında yaşayan 1983-cü il təvəllüdlü Zeynalov Rübail Nizami oğlu üstünə benzin tökərək özünü yandırıb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 2 uşaq atası olan R.Zeynalovun maddi çətinlikləri olub.
Faktla bağlı Yevlax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.
 

Aktual.az 

Xəbər 504 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR