2016-cı ilin I yarım ili üzrə Azərbaycanda yetkinlik yaşına çatmayanlar ümumilikdə 244 cinayət hadisəsi törədiblər.
Aktual.az bildirir ki, bu barədə APA-ya Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsindən məlumat verilib.
Şöbədən bildiriblər ki, bu müddətdə avaralıq və dilənçiliklə məşğul olan 250 nəfər yetkinlik yaşına çatmayan şəxs aşkarlanıb. Küçə uşaqlarının sayı isə 12 olub.