Laçın dəhlizi ilə Rusiyadan, İrandan və Suriyadan gələn silahları erməni dəstələrinə ötürən də, bu sülhməramlılardı, öz vətənində sivil qaydada ekoloji terrora yox deyən azərbaycanlıların qarşısında barrikada quran da.
İndi nə başa düşək? Biz öz ölkəmizdə monitorinq aparmaq üçün onlardan icazə almalıyıq, amma terrora xidmət edənlərə yüksək səviyyədə şərait yaradılmalıdır?
Bu, elə ilk növbədə təhlükəsizliyi dırnaqarası təmin edən sülhməramlıların öhdəliklərinə ziddir.
Baku TV-nin mövzu ilə bağlı hazırladığı süjeti təqdim edirik: