Yerevan polisi etirazçılara hədə-qorxu gəldi

Yerevan polisi etirazçılara   hədə-qorxu gəldi

Yerevan polis rəisinin müavini Valeri Osipyan jurnalistlərə bildirib ki, Yerevan polisi etirazçıların prezident administrasiyasına tərəf hərəkətinə icazə verməyəcək.

Aksiya iştirakçıları baza ertəsi günü saat 21:00-a qədər etirazçıların tələblərinin yerinə yetirilməsini tələb ediblər, əks halda barikadaları hər gün 1 metr qabağa çəkəcəklərini bildiribkər. Etirazçıların prezident administrasiyası ilə aralarında təxmini 60 metr məsafə var. 

Osipyan buna icazə verilməyəcəyini bildirib: "Biz onların hər gün 1 metr qabağa hərəkət etməklərini qoymayacağıq."

Qeyd edək ki, iyunun 19-da Yerevanda elektrik enerjisi tariflərinin 16 faiz bahalaşmasına qarşı başlamış etiraz aksiyaları indiyədək davam edir. (trend)

Aktual.az

Xəbər 417 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR