3-4 dekabr tarixlərində Yerin orbitinə yaxın məsafədən iki təhlükəli asteroid keçəcək.
Aktual.az xəbər verir ki, bu barədə NASA məlumat yayıb.
Məlumata görə, 2007 JX2 və 2020XR adlı asteroidlərin ölçüləri müvafiq olaraq 402.3 və 387.7 metrdir.
Alimlərin hesablamalarına görə, astreoidlər Nyu Yorkdakı "Empayr-Steyt-Bildinq” göydələni (381 m) hündürlüyündədir.
2007 JX2 Yerdən 5.5 milyon, 2020 XR asteroidi isə 2 milyon km aralı keçəcək.
Xəbər 80 dəfə oxunub.