Yeraltı keçidlərdə “maska cəriməsi” yazılır

Yeraltı keçidlərdə “maska cəriməsi” yazılır

"Metro keçidləri qapalı məkan sayıldığı üçün maskasız olan vətəndaşların cərimlənəməsi qanunauyğundur”.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Daxili İşlrə Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov mövzu ətrafında yaranmış suallara aydınlıq gətirərkən deyib.

DİN rəmisi deyib ki, hazırda qapalı məkanlarda, o cümlədən, metro və keçidlərdə vətəndaşlarımızın maskadan düzgün istifadəsilə əməkdaşlar tərəfindən profilaktik işlər davam etdirilir:

"Vətəndaşlarımızdan bir daha xahiş edirik ki, pandemiya ilə mübarizədə aktiv olsunlar, özlərini və ətraflarındakıları qorusunlar. Bizim məqsədimiz insanları cərimələmək deyil. Amma bəzən profilaktik söhbətdən yayınan vətəndaşlarımız da olur. Hamımızın istəyi pandemiyanın tezliklə bitməsidir”.
Xəbər 487 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR