Yer kürəsinə beş asteroid yaxınlaşır

Yer kürəsinə beş asteroid yaxınlaşır
  • DÜNYA

Bu həftə Yer planetinə beş asteroid yaxınlaşır, onlardan ikisi Aydan yaxın olacaqlar. Bu barədə "Report” NASA-ya istinadən xəbər verir.
Qeyd edilir ki, üç asteroid dekabrın 16-da (ABŞ vaxtı ilə) Yer kürəsinə yaxınlaşacaq. Onların diametri 10-24 metr təşkil edir. Asteroidlərdən ən yaxını Yer kürəsindən 343 min kilometr məsafədə keçəcək.
Diametri 6,8 metr və 30 metr olan digər iki asteroid dekabrın 18-də Yer kürəsinə yaxınlaşacaqlar. Onlardan daha kiçiyi planetimizdən 57,1 min kilometr məsafədən keçəcək.
Xəbər 265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR