Yer kürəsində qadağan edilmiş 5 sirli zona -FOTOLAR

Yer kürəsində qadağan edilmiş 5 sirli zona -FOTOLAR

Syurtsey adası


Qadağanın səbəbi elmi araşdırmalardır.1963-cü ildə İslandiya sahilləri yaxınlığında sualtı vulkan partlaması nəticəsində 2,7 kv. km. əraziyə malik ada yarandı. Bu ada elə həmin andan alimlərin marağını cəlb etdi. Çünki adanın yaranması ilə orda həyatın nə şəkildə başlayacağını öyrənmək maraqlı olardı. Buna görə də adaya insanların daxil olması qadağan edilib.

Keymada Qrandi adası

Qadağanın səbəbi çoxlu sayda zəhərli ilanların olmasıdır. Bu ada Braziliya sahillərindən 35 km. məsafədə yerləşir. Kənardan cənnətə bənzəyən bu adaya daxil olmaq insana həyatı bahasına başa gələ bilər. Burda 0,43 kv. km ərazidə 4000 zəhərli ilan yaşayır. Bu ilanlardan ən zəhərlisi olan botrops adlı ilanın zəhəri ani ölümə səbəb olur.. Buna görə Braziliya hökuməti əhaliyə və turistlərə  bu adaya girməyi qadağan edib. Ada ilanlar adası adı ilə tanınır.

Şimali Sentinel adası

Qadağanın səbəbi aborigenlərin aqressiyasdır.

Benqal körfəzindəki Andaman adalarından birində sentinelslər adlı təhlükəli qəbilə yaşayır. Bu qəbilənin üzvləri sivil dünya ilə istənilən əlaqədən qaçır. Onlar artıq 6 min ildir dünyadan təcrid olunmuş şəkildə yaşayırlar. Onlar 2004-cü ildə sunamidən sonra  humanitar yardım üçün  gəlmiş hind helikopetrini də zəhərli oxlarla atəşə tutmuşdular.

Yaponiyadakı İse  ehramı


Bu məbədə yalnız seçilmişlər daxil ola bilər.

Ətrafı hündür taxta hasarlarla əhatə olunmuş bu məbədə yalnız imperator ailəsinin üzvləri və yüksək  vəzifəli dindarlar daxil ola bilərlər.

Qryuinard adası

Qadağanın səbəbi bioloji silahın təcrübədən keçirilməsidir. 1942-ci ildə bu adada Sibir xorası xəstəliyini yayan  bioloji silahın sınaqları keçirilib. Bu ada da dünyada  ən təhlükəli nöqtələrdən biri hesab olunur. 1990-cı ildə adada təmizlənmə işinin aparıldığı elan edilsə də heç kim orda yaşamaq istəmir. //bizimyol.biz

Xəbər 1244 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR