Yer kürəsi asteroid ilə TOQQUŞA BİLƏR

Yer kürəsi asteroid ilə   TOQQUŞA BİLƏR

Amerika alimləri diametri 487 metr olan Bennu asteroidinin saatda yüz min kilometrdən böyük sürətlə Yer kürəsinə yaxınlaşdığını bildiriblər. 

AZƏRTAC "Vista News" saytına istinadla xəbər verir ki, elm adamları bu göy cismi ilə toqquşma nəticəsində dünyanın tamamilə məhv ola biləcəyini söyləyirlər. Mütəxəssislərin sözlərinə görə, toqquşma 2175-2196-cı illər arasında baş verə bilər. Proqnozların düz çıxacağı təqdirdə baş verən zərbənin gücünün üç milyard ton partlayıcı maddənin partlamasına bərabər olacağı bildirilir. Bennu asteroidinin öyrənilməsi üçün xüsusi zondun səmaya buraxılması gözlənilir. Alimlər o zamanadək elmin bu böyüklükdə təhlükələrin qarşısını alacaq qədər inkişaf edəcəyinə ümid edirlər.

Bu göy cismi hər altı ildən bir Yerin orbitini kəsib keçir və hər dəfə planetə bir az da yaxınlaşır. Alimlərin fikrincə, Bennu 2175-ci ildə Ay və Yerin arasından keçəcək ki, bu da toqquşmaya səbəb ola bilər.

Xəbər 784 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR