Xalq artisti Gülyanaq Məmmədovanın adına saxta Facebook profili açılıb.
Bundan xəbər tutan məşhur Milli.Az vasitəsilə sosial şəbəkələrdən istifadə etmədiyini bildirərək, onun adından istifadə edənlərə sərt mesaj yollayıb:
"Bir neçə sənət dostum dedi ki, Gülyanaq axır ki, sən də Facebook-a qoşuldun. Özüm də gördüm ki, Facebook-da adıma saxta profil açılıb. Mənim adımdan hamıya dostluq atıb, hamını inandırıblar. Elə insanlara dostluq yollayıb ki, hamısı da mənim yaxınlarımdır. Müğənnilərin adından istifadə etmək artıq dəb halını alıb. Mən, ümumiyyətlə, nə İnstaqram, nə də ki Facebook-dan istifadə edə bilirəm. Bizdə bu işlərə Gülyaz baxır, İnstaqram-da ikimizin bir profili, Facebook-da isə bir rəsmi səhifəm var. Nə vaxtım, nə də həvəsim yoxdur ki, bu işlərlə məşğul olum. Hər kim bunu edibsə, bağlasın, ən azından kiminsə adından istifadə edib, nələrsə yazmaq günahdır".
Aktual.az
Xəbər 1109 dəfə oxunub.