"ABŞ prezidenti Barak Obamanın Rusiya Federasiyasına qarşı tətbiq etdiyi yeni sanksiyalar prezident seçilən Donald Trampa "zəhərli hədiyyə”dir”
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu sözləri senator Aleksey Puşkov bildirib. Onun sözlərinə görə, Obama bu addımla Rusiya ilə "soyuq müharibəni” davam etdirməyə hazır olduğunu göstərir.
Donald Tramp qəbul edilən yeni sanksiyalarla əlaqədar ABŞ kəşfiyyat rəhbərliyi ilə görüşmək istədiyini bildirib.
Ötən gün ABŞ prezidenti Barak Obamanın adminstrasiyası Rusiyaya qarşı yeni sanksiyalar qəbul edib. Sanksiyalar Baş Qərargah İdarəsi və Federal Təhlükəsizlik Bürosu da daxil olmaqla 9 müəssisə, şirkət və fiziki şəxslərə qarşı tətbiq olunub. Bundan əlavə, rəsmi Vaşinqton Rusiyanın diplomatik mülkiyyəti olan 2 yaşayış kompleksini bağlayıb. 35 diplomat "persona-non-grata" (arzuolunmaz şəxs) elan olunub.
Ağ Ev bu addımını "seçkilərə müdaxilə” və "amerikalı diplomatlara təzyiq” ilə izah edib. Lakin bu ittihamları sübut edən heç bir fakt təqdim etməyib.
Rusiya hakimiyyətinin adekvat tədbirlər görəcəyi gözlənilir.
Aktual.az Xəbər 347 dəfə oxunub.