NASA alimləri Yer kürəsindən yüz işıq ili məsafədə yerləşən, xarici görünüşünə görə Yupiterə bənzəyən yeni planet kəşf ediblər.
Aktual.az Trend-ə istinadla xəbər verir ki, şərti olaraq “51 Eridani b” adlandırılan planetin 20 milyon il yaşı var.
Planetdə su izlərinin aşkar edilməsi burada nə vaxtsa həyatın olması barədə ehtimallar yaradır.