Yeni nazirlik yaradılır: hansı qurumlar ləğv edilir?

Yeni nazirlik yaradılır: hansı qurumlar ləğv edilir?

Azərbaycan dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə yeni nazirlik yaradılacaq.
Aktual.az Bakupost.az-a istinadla xəbər verir ki, hazırda fəaliyyət göstərən bir sıra dövlət qurumları və müəssisələr yeni nazirlikdə birləşdiriləcək.
Həmin qurumların Dövlət Gömrük Komitəsi, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və AzerGold Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilir.
Yeni nazirliyin, eləcə də ona rəhbərlik edən şəxsin adının yaxın günlərdə açıqlanacağı gözlənilir.
Qeyd edək ki, hazırda Dövlət Gömrük Komitəsinə general-leytenant Şahin Bağırov, Dövlət Vergi Xidmətinə Orxan Nəzərli, AzerGold QSC-yə isə Zakir İbrahimov rəhbərlik edir.
Xəbər 93 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR