Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə kadr dəyişiklikərinə başlayıb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, nazirin əmri ilə Lənkəran Rayon Telekommunikasiya Qovşağına ötən ilin sentyabrından rəhbərlik edən Gülağa Şıxəliyev vəzifəsindən azad olunub.
Onun yerinə isə Şahlar Vəlişah oğlu İsmayılov təyinat alıb.
Qeyd edək ki, Ş. İsmayılovun 42 yaşı var. 1992-ci ildən Lənkəran Rayon Telekommunikasiya Qovşağında çalışır.