Yeni limit qaz tarifi əhalinin neçə faizinə şamil ediləcək?

Yeni limit qaz tarifi əhalinin neçə faizinə şamil ediləcək?

"Təbii qazdan istifadəyə görə güzəştli limitlərin artırılması ilə diferensiallaşdırılmış tariflər abunəçilərin 75 faizinə şamil olunmayacaq".

Aktual.az  xəbər verir ki, bunu Trend-ə SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev deyib.

O qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə Tarif Şurasının limitlərə yenidən baxılması qərarı əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəlib.

İ.Kərbəlayev deyib: "İllik qaz istehlakının əvvəlki tarif üzrə (min kubmetr üçün 0,1 manat) limiti 1500 kubmetrdən 1700 kubmetrədək artırılıb. Bu isə o deməkdir ki, yeni hesablama mexanizminin əhatə etmədiyi əhali qrupu 75 faizədək yüksələcək. Biz əhalinin maraqlarını müdafiə edən bu qərarı alqışlayırıq".
 

Aktual.az 

Xəbər 458 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR