Yeni "kosmos savaşı": BMT təşvişdə

Yeni
  • DÜNYA

Şimali Koreya şimal-qərbdəki "Soxe" kosmodromdan raket buraxılışı həyata keçirib.


Aktual.az-ın APA- ya istinadən verdiyi xəbərə görə, KXDR-in orbitə müşahidə peyki buraxılması barədə bəyanatlar verməsinə baxmayaraq, dünyada Pxenyanın qitələrarası ballistik raketin sınaqdan keçirdiyi ehtimal olunur.

Cənubi Koreyanın "Renhap" agentliyinin məlumatına görə, Şimali Koreyanın raket buraxılışından sonra Cənubi Koreyanın prezidenti Pak Kın Xe təcili iclas çağırıb.

Yaponiyanın baş naziri Sindzo Abe Pxenyanın uzaqmənzilli raketin buraxdığını bildirib.

ABŞ-ın Müdafiə Nazirliyi KXDR-in buraxdığı raketin trayektoriyasını nəzarətdə saxladığını və onun ABŞ və müttəfiqləri üçün təhlükə yaratmadığını bildirib.

Pentaqonun rəsmi nümayəndəsi vəziyyətin mütəxəssislər tərəfindən tam nəzarətə götürüldüyünü qeyd edib.

KXDR-in buraxdığı raket start nöqtəsindən 790 km aralıda radarlardan itib. "RİA Novosti"nin verdiyi xəbərə görə, raket 380 km hündürlükdə olan zaman radarlardan itib.

Cənubi Koreyanın "Renhap" agentliyinin məlumatına görə, raket qabaq hissəsi ayrılan zaman radardan itib.

KXDR "Kvanmönson-4" süni peykinin buraxılışının uğurla həyata keçdiyini bəyan edib. "RİA Novosti" bildirir ki, KXDR Milli Kosmik İdarəsinin müvafiq bəyanatı ölkənin Mərkəzi Televiziyası tərəfindən yayımlanıb.

"Fevralın 7-si saat 09.00-da (Bakı vaxtı ilə 04.30-da) kosmosdan Yer kürəsini müşahidə etmək üçün nəzərdə tutulan "Kvanmönson-4" süni peykinin buraxılışı uğurla həyata keçirilib. Bu Şimali Koreyada elm və texnologiyanın inkişaf etməsi nəticəsində mümkün olub", - deyə bəyanatda bildirilir.

Məlumatda "Kvanmönson-4" peykinin ölçmə və digər avadanlıqlarla təchiz edildiyi qeyd olunur.

Qeyd edək ki, KXDR-in raket buraxılışından sonra ABŞ, Cənubi Koreya və Yaponiya BMT Təhlükəsizlik Şurasının təcili iclasının keçirilməsini tələb ediblər. BMT Təhlükəsizlik Şurasının növbədən kənar toplantısı bu gün Bakı vaxtı ilə 20.00-a təyin olunub.

Xəbər 471 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR