Yeni ilin ilk günündə dünyada 7,3 milyarda yaxın insan yaşayacaq

Yeni ilin ilk günündə dünyada 7,3 milyarda yaxın insan yaşayacaq
  • DÜNYA

Yeni ilin ilk günündə Yer kürəsinin əhalisi 7,3 milyarda yaxınlaşacaq.

Aktual.az-ın APA-ya istinadən verdiyi məlumata görə, yanvarın 1-i üçün dünya əhalisinin sayı 7 milyard 295 milyon 889 min 256 nəfər təşkil edəcək.

Ötən Yeni illə müqayisədə artım 78 milyon nəfər və ya 1,08 faiz təşkil edir.

Hazırda əhalinin sayına görə Çin birinci (1,367 milyard), Hindistan ikinci (1,252 milyard), ABŞ isə üçüncü (322 milyon 762 min) yerdədir. İlk onluğa həmçinin İndoneziya, Braziliya, Pakistan, Nigeriya, Banqladeş, Rusiya və Yaponiya daxildir.

Qeyd edək ki, dünya əhalisinin sayı 7 milyardı 2012-ci ildə keçmişdi.

Xəbər 250 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR