Yeni il gecəsi metro 1 saat çox işləyəcək

Yeni il gecəsi metro 1 saat çox işləyəcək

Bakı Metropoliteni dekabr 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə gecə saat 01:00-dək işləyəcək.



Bunu  "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib. Qurum rəsmisi bildirib ki, metro bu il də dekabrın 31-də adi günlərdən fərqli olaraq 1 saat çox işləyəcək: “Yeni il gecəsi metro gücləndirilmiş iş rejimində çalışacaq. Çünki yeni il gecəsi Bakı Şəhər İcra Hakimiyyəti Dənizkənarı Milli Parkda bayram münasibətilə konsert təşkil edəcək. Metropoliten də bunu nəzərə alaraq həmin konsertdə iştirak edəcək sakinlərin rahatlığını təmin etmək məqsədilə belə bir addım atır. Əgər sərnişin sıxlığı olsa, vaxt uzadıla bilər”. 

Qeyd edək ki, metropoliten adi günlərdə saat 24:00-dək işləyir. 

Xəbər 480 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR