Sabirabad rayonunda sahibsiz çantada yeni doğulmuş körpə tapılıb.
Aktual.az DİN-in saytına istinadən bildirir ki, fevralın 3-də Sabirabad rayonunun Kovlar kəndindəki "Padarçöl" adlanan sahədə rayon sakini Nəzarət İsmayılov avtomobil yolunun kənarında olan sahibsiz çantada yeni doğulmuş (4-5 günlük) oğlan uşağının olduğunu görüb yaşadığı evə aparıb və fevralın 4-də onu Rayon Polis Şöbəsinə təhvil verib.
Faktla bağlı araşdırma aparılır.