Yeni devalvasiya gəlirmi? - Vüqar Bayramovun şərhi

Yeni devalvasiya gəlirmi?  - Vüqar Bayramovun şərhi

Yeni devalvasiya gəlirmi? Bu gün yəqin ki, ən çox verilən sual budur. Hər halda bu gün mənə gələn zənglərin böyük əksəriyyətində bu sual dominant idi.

Səbəb sadədir: Mərkəzi Bank bu gün cəmi 30 milyon dollar məbləğində vəsait satışa çıxarıb. Hərracda iştirak edən 14 bank isə 66,760 milyon dollar almaq istəyiblər. Amma Mərkəzi Bankın valyuta sifarişinin cəmi 44,9 faizii təmin edib. Yəni, sifarişin yarıdan azı qarşılanıb. Bu isə o deməkdir ki, son həftələr bəyan etmədiyi səbəblərlər manatı möhkəmləndirən Mərkəzi Bank dollara olan tələbi tam ödəyə bilməyib. Təxminən 4 milyard dollar valyuta ehtiyatları olan Mərkəzi Bankın nə üçün 37 milyon dollara yaxın vəsaiti bazar çıxarmaması səbəbləri qaranlıqdır. Bununla yanaşı, Mərkəzi Bankın bu addımı bazarda və eləcə də əhali arasında yenidən çaşğınlıq yaradır. Bu eyni zamanda banklarda valyuta qıtlığına və həmçinin “qara bazar”ın yenidən canlanmasına da səbəb ola bilər. Digər tərəfdən, maraqlıdır görəsən, baş bankda dollar tələbinin ödənilməməsinin mənfi təsirləri qiymətləndirmirlərmi?

Mərkəzi Bank ən azı dollar tələbinin ödənilməməsinin səbəbləri barədə ictimaiyyətə məlumat verməlidir ki insanlar arasında yenidən valyuta ajiotajı yaranmasın. Çünki bu addım bazar həm iqtisadi, həm də psixoloji təsir göstərir. İqtisadi baxımdan tələb ödənilmir, psixoloji cəhətdən yenidən əhali, xüsusən də dollar ilə krediti olanlar arasında narahatçılıq yaranır. Buna görə də, Mərkəzi Bank hərraca valyuta çıxaran zaman mövcud tələbi öncədən doğru proqnozlaşdırmalıdır. Amma bu günki hərracın nəticələri göstərir ki, baş bankda strateji olaraq məzənnə və tələb proqnozlaşdırılması heç də arzuolunan səviyyədə deyil. Deməli, Mərkəzi Bankdan istənilən “sürpirizi” gözləmək olar.

// Aktual.az

Xəbər 3754 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR