Bu il keçirilən seçkidə 21 nəfər qadın namizəd seçilib.
2010-cu ildə isə qadın namizədlərin sayı 20 nəfər idi.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, lider olan namizədlərdən 69-u Yeni Azərbaycan Partiyasının, 2-si Vətəndaş Həmrəyliyi Partiyasının nümayəndəsidir.
Ümumilikdə digər 8 partiyadan da 1 nəfər olmaqla, 10 partiyanın nümayəndələri lider namizədlər arasındadır.
MSK sədri qeyd edib ki, liderlik edənlərdən 27 nəfər yeni şəxslərdir və bu, parlamentin 22 faiz yenilənməsi deməkdir. Öndə gedən namizədlərdən 124-ü ali təhsilli, 1-i orta ixtisas təhsilli namizədlərdir.