V çağırış Milli Məclisin ilk plenar iclası başlayıb.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, Oqtay Əsədovun sədrliyi ilə keçirilən iclasın gündəliyinə 19 məsələnin müzakirəsi daxil edilib. İlk olaraq çıxış edən spiker Oqtay Əsədov plenar iclası açıq elan edib və yeni deputatları təbrik edib.
Daha sonra çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, demokratik, şəffaf seçkilərin keçirilməsi cəmiyyətin ümumi göstəricilərindən biridir. MSK sədri qeyd edib ki, şəffaflıqla bağlı məsələdə heç kəsdə şübhə doğuracaq hal ola bilməz.
“Bütün subyektlərin hamısına şərait yaradılmışdı ki, bunun şahidi olsunlar. Məntəqələrin 20 faizində veb-kameralar quraşdırılıb. Kameraların quraşdırılması da ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə həyata keçirildi.
Qanunvericilik aktları və digər sənədlər Avropa ekspertlərinin süzgəcindən keçib. Ona görə də heç bir problem ola bilməz. Azərbaycanda keçirilən seçkilərdə ən yüksək siyasi iradə var. Buna görə öz adımdan cənab prezidentə təşəkkür edirəm. Bu da demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi üçün ortaya qoyulan əsas məsələdir. Azərbaycan ictimaiyyətinin parlament seçkilərinə marağı da lazım olan səviyyədəndə artıq oldu”.
Məzahir Pənahov çıxışından sonra bütün deputatları təbrik edərək onlara vəsiqələrini təqdim edib.