Gələn ay Yeni Azərbaycan Partiyasının növbəti qurultayı keçiriləcək.
Aktual.az-ın xəbərinə görə, bu barədə Gununsesi.info-ya hakim partiyadakı mənbələr bildirib.
Məlumata görə, YAP-ın qurultayında partiyanın İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyasının tərkibində ciddi dəyişiklik olacaq.
Bildirilir ki, YAP-ın ötən qurultayından keçən 5 il ərzində partiyanın fəaliyyətində ciddi dönüş olmayıb.
Buna səbəb isə YAP İdarə Heyətində təmsil olunan şəxslərin böyük əksəriyyətinin ölkənin ictimai-siyasi həyatına nabələd şəxslərin olmasıdır.
"Ona görə də YAP -ın rəhbər heyətində ciddi keyfiyyət dəyişikliyinin olması labüddur” deyə mənbə əlavə edib.
Xəbər 45 dəfə oxunub.