Yeni Azərbaycan çempionları vaxtından əvvəl bilindi

Yeni Azərbaycan çempionları vaxtından əvvəl bilindi

Qadın və kişi şahmatçılar arasında Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.

Apasport.az-ın məlumatına görə, VIII oyun günündə yarışın qaliblərinin adlarına aydınlıq gəlib.

Hesabat turunda da qələbə qazanan Eltac Səfərli və Nərmin Kazımova sona 1 matç qalmış çempionluqlarını bayram ediblər. Onların hər ikisi ən yaxın izləyicilərini 1,5 xal qabaqlayırlar.
 
Bu gün baş tutacaq son turda digər mükafatçıların adları da dəqiqləşəcək.
 
VIII tur
Kişilər
Eltac Səfərli (2663) - Nail Bəşirli (2332) - 1:0
Nicat Abasov (2559) - Misrətdin İsgəndərov (2413) - 1:0
Məhəmməd Muradlı (2310) - Vasif Durarbəyli (2600) - 0:1
Bəhruz Rzayev (2411) - Orxan Abdulov (2354) - 1:0
Qədir Hüseynov (2645) - Vüqar Əsədli (2378) - 0,5:0,5
Kənan Heydərli (2257) - Azər Mirzəyev (2518) - 0:1
Vüqar Rəsulov (2498) - Zaur Məmmədov (2456) - 0,5:0,5
İsmayıl Şahəliyev (2362) - Niyazi Nağıyev (2281) - 0,5:0,5
Ülvi Bacarani (2532) - Elvin Bayramov (2230) - 0,5:0,5
Toğrul Həsənzadə (2306) - Aydın Süleymanlı (2032) - 1:0
Aqil Pirverdiyev (2340) - Pərviz Qasımov (2401) - 1:0
Loğman Quliyev (2382) - Abdulla Qədimbəyli (2334) - 1:0
Əhməd Əhmədzadə (2244) - Zaur Bayramov (2178) - 0:1
Rəşad Zeynallı (2222) - Andrey Mustafin (2325) - 0:1
Asif Yaqubi (2422) - Kənan Qarayev (2236) - 0:0
Talıb Babayev (2311) - Xəzər Babazadə (1826) - 1:0
Nicat Ağayev (2369) istirahət edib
 
Turnir cədvəli: Səfərli - 7 xal, Abasov, Rzayev, Durarbəyli, Bəşirli - hamısı 5,5, Mirzəyev, İsgəndərov - hər ikisi 5...
 
Qadınlar
Nərmin Kazımova (2317) - Xanım Balacayeva (2209) - 1:0
Ülviyyə Fətəliyeva (2295) - Aydan Höcətova (2323) - 0,5:0,5
Türkan Məmmədyarova (2245) - Nərgiz Umudova (2296) - 0:1
Gülnar Məmmədova (2327) - Zeynəb Məmmədyarova (2223) - 1:0
Səbinə İbrahimova (2199) - Nərmin Xələfova (2154) - 0:1
Aysel Məmmədova (1871) - Günay Məmmədzadə (2345) - 0:1
Ayan Allahverdiyeva (1745) - Turan Əsgərova (1966) - 0,5:0,5
Xəyalə Abdulla (2228) - Gövhər Beydullayeva (1870) - 0,5:0,5
Samirə Babayeva (1887) - Nərmin Məmmədova (2245) - 0:1
Nərmin Soyunlu (1948) - Aynur Kətanova (1747) - 0,5:0,5
Xəyalə Nağıyeva (1663) - Türkan Həsənova (2096) - 0:1
 
Turnir cədvəli: Kazımova - 7 xal, Fətəliyeva, Umudova - hər ikisi 5,5, Xələfova, T. Məmmədyarova, Höcətova, Məmmədzadə, G. Məmmədova - hamısı 5...

Xəbər 590 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR