"Növbəti illərdə "ASAN" xidmət mərkəzlərinin sayı artacaq".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
O bildirib ki, bu il ərzində Masallıda 11-ci Asan xidmət mərkəzinin açılışı olacaq: "Masallıda açılacaq "ASAN" xidmət kompleksinin tərkibində olacaq. Növbəti iki il ərzində Şəkidə və Qubada yeni "Asan" xidmət mərkəzlərinin yaradılması planlaşdırılır".