Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin gecə və səhər saatlarında yarımadanın bəzi yerlərində yağıntılı, gün ərzində dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayimləşəcək. Havanın temperaturuAbşeron yarımadasında gecə1-3, gündüz 6-9, Bakıdagecə 1-3, gündüz 7-9 dərəcə istiolacaq.
Atmosfer təzyiqi normadan yüksək 767mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında dekabrın 05-də hava şəraitinin əsasən şimal və şərq rayonlarında yağıntılı olacağı, sulu qar, qar yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərbküləyiəsəcək.
Havanın temperaturu gecə1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə5-10 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək istiolacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 05-i gündüzdən 07-dək Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.