“Yemişan”dan ölənlərin sayı 71-ə çatdı

“Yemişan”dan ölənlərin sayı 71-ə çatdı
  • DÜNYA

İrkutskda "Yemişan”dan zəhərlənərək ölənlərin sayı 71-ə çatdı.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.

***

İrkutskda "Yemişan”dan zəhərlənərək daha bir nəfərin öldüyü aşkar edilib. Son məlumata görə, bununla da surroqat spirtli içkidən ölənlərin sayı 63 nəfərə çatıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə region üzrə Səhiyyə Nazirliyinin nümayəndəsi Tatyana Şkurskaya bildirib. 

"Son məlumata görə, ölənlərin sayı 63-dür. Ümumilikdə 109 nəfər zərər çəkib. Gecə bir nəfər də xəstəxanaya daxil olub. 37 nəfər stasionar müalicədədir”, - o, agentliklə söhbətdə bildirib. 

Xatırladaq ki, ötən istirahət günlərində Rusiyanın İrkutsk vilayətində spirt tərkibli "Yemişan” maddəsindən kütləvi zəhərlənmə olub. 
 
Aktual.az
Xəbər 270 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR