Rusiyanın İrkutsk vilayətində spirt tərkibli mayedən ölənlərin sayı 25 nəfərə çatıb.
Report TASS-a istinadən xəbər verir ki, bu barədə vilayətin İstintaq Komitəsinin İstintaq İdarəsindən məlumat veriblər.
Məlumata görə, hazırda 42 nəfərin xəstəxanaya yerləşdirildiyi və onlardan 25 nəfərin öldüyü məlumdur. Qalanlarının vəziyyəti isə ağır olaraq qalır.
İlkin məlumatlara görə, konsentratın tərkibində metil spirti olub.
Hadisə qurbanlarının hamısı eyni mikrorayonda - Novo Leninoda yaşayanlar olub.
***
İrkutskda spirt tərkibli məhsulla, ilkin ehtimal olaraq yemişanla zəhərlənən 17 nəfər dünyasını dəyişib.
Aktual.az xəbər verir ki, Trend bu barədə RİA Novosti agentliyinə istinadən məlumat verir.
Məlumata görə, dekabrın 19-da xəstəxanaya 37 nəfər zəhərlənmə diaqnozu ilə yerləşdirilib və onlardan 17 nəfəri artıq dünyasını dəyişib. İlkin məlumatlara görə, həmin şəxslərin hamısı "Yemişan" adlı kosmetik vasitədən istifadə edib.
Belə ki, bu, spirt tərkibli kosmetik vasitədən içki kimi istifadə olunub.
Hazırda hadisə polis və tədqiqatçılar tərəfindən araşdırılır.
Aktual.az Xəbər 295 dəfə oxunub.