Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələri ölkənin şimalında üsyançı husilərin nəzarəti altında olan Ahem şəhərində bazara raket zərbəsi endirib.
"Report" xəbər verir ki, üsyançıların sözlərinə görə, aviazərbələr nəticəsində Hadca əyalətində 30 mülki şəxs həyatını itirib.
Lakin bu bəyanatın müstəqil dəlilləri yoxdur. Bu ərəfədə Ədən şəhərində döyüşlər davam edir.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, husilərin avia və raket zərbələri endirməsi nəticəsində şəhərdə 14 nəfər həlak olub.
Husilər və onların müttəfiqləri artıq həftələrdir ki, bütün ölkə ərazisində hökumət qüvvələri ilə mübarizə aparırlar.
Aktual.az