Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb ölkələri koalisiyasının Hərbi-Hava Qüvvələrinin Yəmənin Taiz əyalətində səhvən Yəmən ordusuna endirdiyi hava zərbəsi nəticəsində 30 nəfər ölüb.
Aktual.az Apa-ya istinadən xəbər verir ki, zərbələr nəticəsində Yəmən ordusunun 30 hərbçisi həlak olub, 40 nəfəri yaralanıb.
Ərəb ölkələri koalisiyasının və Yəmən hökumətinin rəsmi nümayəndələri insidentlə bağlı hələlik heç bir şərh verməyiblər.