Yeməkdən sonra mütləq pendir yeyin - çox faydalıdır!

Yeməkdən sonra mütləq pendir yeyin   - çox faydalıdır!

Fansada və bəzi digər ölkələrdə pendir əsas qida qəbulundan sonra yeyilir. Bu çox gözəl və sağlam ənənədir.

Aktual.az saglamolun.az-a istinadən bildirir ki, pendir çox faydalı diyetik məhsuldur. Hər qida qəbulundan sonra 2-3 nazik tikə bərk pendir yeyin.

- Qida qəbulundan sonra yedikdə pendir həzm prosesləri yaxşılaşdırır və sürətləndirir.
- Pendir dişlər üçün çox xeyirlidir. Mütəxəssislərin fikirinə görə, hər qida qəbulundan 1-2 tikə pendir yedikdə bu kariesin inkişafının qarşısını alır.
Kalsiumla zəngin olan pendir dişləri möhkəmləndirir. Həmçinin pendir ağız suyunun miqdarını artırır. Ağız suyu mikrobları öldürmək xüsusiyyətlərə malikdir.
- Pendir endorfinlərlə zəngindir. Endorfinlər əhval-ruhiyəni yaxşılaşdırır, stresi azaldır. Lakin onu da nəzərə almaq lazımdır ki, yatmazdan əvvəl pendir yemək olmaz. Bu yuxuya getməyə mane olacaq.
Hipertoniyadan əziyyət çəkən, qanda xolesterinin səviyyəsi yüksək olan insanlara pendirin qəbulunu azaltmaq lazımdır.

Xəbər 1100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR