Yəhudilərə nifrət edirlər, sizi yandıracaqlar - Netanyahu

Yəhudilərə nifrət edirlər, sizi yandıracaqlar - Netanyahu
  • DÜNYA

Oktyabrın 7-dən sonra Fələstin dövlətini tanıyan hökumətlər HƏMAS-ı mükafatlandırdılar. Bu hərəkətin eşidilən mesajı belə idi: "Yəhudiləri öldürün, mükafat alacaqsınız”.
Aktual.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu Avstraliyanın Sidney şəhərindəki Bonday çimərliyində keçirilən Hanuka yəhudi bayramında baş verən atışmayla bağlı danışarkən deyib.
"Təsəvvür edin ki, o çimərlikdə bir neçə silahlı mühafizəçiniz olsaydı - on, on beş, hətta beş nəfər olsaydı, hər şey bitərdi. Antisemitizm təhlükəli xəstəlikdir və onunla mübarizə aparmayan cəmiyyətləri yeyir.
Yəhudilərə nifrət edirlər. Sizə deyim, onlar Avstraliyaya da nifrət edirlər. Bayrağınızı və sizi yandıracaqlar. Onlar bizim ümumi sivilizasiyamıza qarşıdır. Güclərimizi birləşdirsək, qalib gələcəyimizə şübhəm yoxdur”, - o bildirib.
Xəbər 56 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR