"Yeganə" şadlıq sarayının dövlət qarşısında vergi borcunun yarandığı üzə çıxıb.
Aktual.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az Dövlət Vergi Xidmətinin kommersiya qurumlarının dövlət reyestri bazasından məlumat əldə edib.
Məlumata görə, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 47 890.28 manat vergi borcunun yarandığı məlum olub.
Qeyd edək ki, "Yeganə" şadlıq sarayı 2019-cu ildən "Yeganə Palace" MMC kimi dövlət qeydiyyatındadır. MMC-nin qanuni təmsilçisi Şahin Səfərovdur.
Xəbər 126 dəfə oxunub.