Yeganə oğlunu ititrən Afaq Gəncəli ailə qurmağa hazırlaşır - ÖZÜ DANIŞIR

Yeganə oğlunu ititrən Afaq Gəncəli ailə qurmağa hazırlaşır  - ÖZÜ DANIŞIR

Gülərüz siması ilə hər həftə şou-biznes xəbərlərini tamaşaçılara çatdıran teleaparıcı Afaq Gəncəli tək efirdə deyil, adi həyatda da səmimiliyi ilə seçilir.

Aktual.az xəbər verir ki, Afaq Gəncəli həyatının maraqlı təəssüratlarını primetime.az-a danışıb:

-Bir ildə həyatın ən ağır zərbəsini görən, layiq olmadığı ayrılıqları yaşayan, canından can itirən, amma heç nəyə baxmayaraq, gülməyi bacaran xanımdır:

Nə taleyimə, nə düşmənimə, nə də hər hansı qara günümə qapı bağlamıram. Qoy mənim qapım açıq olsun, ordan gələn bəla də xoşbəxtlikdə Allah tərəfindən göndərilən payımdırsa, qəbulumdur.

Əslində sevgi hər bir xanıma lazımdır. Mənə sual verəndə həmişə deyirəm ki bəli, mən sevirəm. Həyatımda bir kişi var ,o da mənim Qədirxanımdır. Amma başa düşürəm ki, qadına yaşamaq üçün sevgi də gərəkdir. Nə deyim qismət. İstəyirəm bütün xanımlar sevsin, özüm də xanımam özümə də bunu arzulayıram.Əsas odur ki, hörmət olsun. Əgər qarşı tərəf sənə hörmət edirsə, bu elə sevgiyə bərabərdir

Afaq qəlbinin qapılarını bağlamadığı kimi, ailə qura biləcəyini də inkar etmir:

- Nə vaxtsa Allah qismət eləsə ola bilər. Hazırda bu haqda düşünmürəm indi mənim üçün əsas anamın sağlamlığıdır.Bəli, qarşıda toy olacaq.Qardaşımı evləndiririk, onun toyunu düşünürəm. Balaca qardaşım oğlumun əkiz tayı kimi idi, o qədər bir-birilərinə bənzəyirdilər ki.Deyirəm sənin bir oğlun olsun ki, Qədirimin iyini ondan alım. Bütün ümidimi o toya bağlamışam.

Körpələrə hədsiz sevgi bəsləyən Afaq,ikinci dəfə ana olmaq haqqında düşünür:

- Allahım mənə nə qismət edibsə,şükr etmişəm. Heç vaxt üsyan edən , dizini döyən , saçını yolan insan olmamışam. Mən övladı başıma tac edən insanam. Ondan başqa övlad qismət olmasa da ,mən elə Qədirimin qoxusu ilə Allahın dərgahına gedəcəm. Qədirimin adı gələndə mənim üzüm gülür.Yaxşı ki gülürəm ağlamıram. Mənim övladım elə bir uşaq olmayıb ki, adı gələndə üzümü turşudum , ağlayım. Qədir özü də deyirdi ki, "mama" istəyirəm sənə oxşayan bacım olsun...

Ana olmaq üçün dünyaya uşaq gətirmək şərt deyil, kimsəsiz körpəyə sahib çıxaraq da valideyn olmaq olar. Ailə həyatı qurandan bir-iki il sonra övladım oldu. O ərəfədə düşünürdüm ki, özüm ana ola bilməsəm övladığa uşaq götürəcəm. Balaca uşaq görəndə gözümə işıq gəlir. Axırıncı tikəmi də verərəm ki, körpənin üzü gülsün. Bir müddət keçəcək, 50 yaşımda bəlkə də mən uşaq götürəcəm .O uşağa baxacam və elə onunla da ömrümü başa vuracam...

// Aktual.az

Xəbər 21956 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR