"Yaxşı pul versələr, Azərbaycanda da oynaram"

  • İDMAN

Böyük pul qarşılığında Azərbaycanda oynamağa hazıram.

Aktual.az axar.az-a bildirir ki, bu açıqlama ilə "Brügge"nin futbolçusu Felipe Qedoz çıxış edib.

Belçika klubunun braziliyalı hücumçusu maraqlı fikirləri ilə diqqət çəkib:

"Futbolçu karyerası çox qısadır. Beynində müəyyən planlar qurursan və bu müddətdə bəzi təklifləri rədd edə bilərsən.

Lakin hələ ki, oynamaq şansım var. Təkcə özümü yox, ailəmi də düşünməliyəm. Sabah fantastik məbləğdə təklif alsam, Azərbaycanda da oynayaram".

Qeyd edək ki, 2014-cü ildən bu klubda çıxış edən 22 yaşlı futbolçu keçirdiyi 26 oyunda 6 qol vurub.

Xəbər 690 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR