"Yaxın vaxtlarda sülh müqaviləsi üzrə danışıqlar aparılacaq" - Qriqoryan


Yaxın vaxtlarda sülh müqaviləsi təklifləri üzrə danışıqların aparılması gözlənilir.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Cermukda jurnalistlərlə söhbətində bildirib. O, müzakirələrin davam etdiyini qeyd edib.
Jurnalistlərin "Ermənistan Azərbaycanın təkliflərinə 40 gündən artıq cavab verməyib” sualına Qriqoryan cavab verib ki, Ermənistan öz nümunələrini çatdıranda Azərbaycan da gecikib və bu normaldır.
O, həmçinin qeyd edib ki, İrəvan Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının imkanlarını genişləndirməyi təklif edib. Çünki müşahidəçilərin sayı Ermənistanın Azərbaycanla beynəlxalq sərhədlərinə nəzarət etmək üçün kifayət etmir.
Təhlükəsizlik Şurasının katibi deyib ki, Ermənistan bütün tərəfdaşlarına həm insanların sayını, həm də digər imkanları artırmağı təklif edir.

Xəbər 451 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR