Yaxın qohumları namizəd olduğu üçün fəaliyyətlərinə xitam verildi

Yaxın qohumları namizəd olduğu üçün fəaliyyətlərinə xitam verildi

Dairə seçki komissiyalarının üzvlərinin yaxın qohumları deputatlığa namizəd olduğuna görə, onların fəaliyyətinə müvəqqəti xitam verilib.
Aktual.az xəbər verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında məsələ müzakirə edilib.
MSK katibi Mikayıl Rəhimovun təqdimatına əsasən, 69 saylı Biləsuvar dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Ədalətli Zaur və 96 saylı Goranboy-Naftalan dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvü Səyavuş Quliyevin fəaliyyətinə xitam verilib.
Onların əvəzinə müvəqqəti komissiya üzvləri təyin edilib.
Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, Referendum üzrə təşviqat qruplarının yaradılmasının təşəbbüsləri, namizədlərin, qeydə alınmış namizədlərin, eləcə də namizədləri irəli sürmüş siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri, vəkil edilmiş şəxsləri, müşahidəçilər, seçki komissiyalarının məşvərətçi səs hüquqlu üzvləri, namizədlərin, qeydə alınmış namizədlərin bilavasitə tabeliyində olan şəxslər, yuxarıda göstərilən şəxslərin Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yaxın qohumları, həyat yoldaşları və həyat yoldaşlarının yaxın qohumları (uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr), seçki qanunvericiliyini əvvəllər pozmuş və yuxarı seçki komissiyasının qərarı ilə seçki komissiyasının tərkibindən xaric edilmiş və ya əvvəllər seçki qanunvericiliyini pozmaları məhkəmə qərarı ilə təsdiq edilmiş şəxslər seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər.
Xəbər 220 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR